Xarici bazarların tədqiqi və beynəlxalq təchizat imkanlarının dəyərləndirilməsi sahəsində təcrübənin tətbiqi;
Tələb olunan məhsul və xidmətlərin texniki və funksional xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə aidiyyəti struktur bölmələrdən məlumatların toplanması;
Potensial təchizatçıların araşdırılması, ilkin dəyərləndirilməsi və müqayisəli təhlilinin aparılması;
Alışların hüquqi və maliyyə baxımından uyğunluğunun təmin olunması və müqavilələrin bağlanmasının təşkili;
Satınalma proseslərinin müəyyən olunmuş büdcə çərçivəsində və qənaət prinsipinə əsasən həyata keçirilməsi;
Qiymət təkliflərinin təhlili və maliyyə səmərəliliyi imkanlarının müəyyən olunması məqsədilə bazar araşdırmalarının aparılması
Satınalma ilə bağlı xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması məqsədilə müvafiq təşəbbüslərin irəli sürülməsi;
Sifarişlərin vaxtında verilməsi və çatdırılmasına nəzarət olunması;
Tədarük zəncirində baş verə biləcək gecikmələrin qarşısının alınması və risklərin idarə edilməsi;
Tədarük edilən malların qəbulunun təşkili və onların keyfiyyətinə nəzarət olunması;
Anbar idarəetməsi ilə koordinasiyalı şəkildə işləyərək məhsul dövriyyəsinin effektivliyinin təmin edilməsi;
Bütün satınalma proseslərinə dair sənədləşmənin düzgün, tam və sistemli şəkildə aparılması və arxivləşdirilməsi;
Satınalma fəaliyyətinin şirkətin daxili siyasət və prosedurlarına, eləcə də mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi.
İdxal edilən malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və nəzarətdə saxlanılması.
Gömrük rüsumlarının düzgün hesablanmasına nəzarət edilməsi, gömrük brokeri və maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərilməsi
Tələblər
İT sahəsində avadanlıq, proqram təminatı və xidmətlərin satın alınması üzrə təcrübəyə malik olmaq;
Azərbaycan və İngilis dillərində səlis yazı və danışıq bacarığı (Rus dili biliyi üstünlükdür)
1C 8.3 proqram təminatından sərbəst istifadə bacarığına malik olmaq.
Satınalma və təchizat sahəsinə dair beynəlxalq sertifikatlara (CIPS, CSCP, CPM və s.) malik olmaq üstünlükdür