A

Sistem inzibatçısı

  • AzParking MMC
  • Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

90

Təsvir

  • Linux və Windows əməliyyat sistemi əsasında çalışan serverlərin quraşdırılması, sazlanması və idarə olunması;
  • Serverlərin ehtiyat nüsxələrinin (backup) alınması və bərpa mexanizmlərinin təşkil edilməsi;
  • Lokal və korporativ şəbəkələrin sazlanması və davamlı işlək vəziyyətdə saxlanılması;
  • Web serverlərin (Apache, Nginx və s.) konfiqurasiyası və texniki dəstəklə təmin olunması;
  • VPN (Virtual Private Network) bağlantılarının qurulması və təhlükəsizliyinin təmin edilməsi;
  • Serverlərə tələb olunan proqram təminatlarının quraşdırılması, yenilənməsi və monitorinqinin aparılması;
  • Firewall sistemlərinin qurulması və təhlükəsizlik siyasətlərinin tətbiqi;
  • Yeni istifadəçilərin yaradılması, onlara aid hüquqların və icazələrin düzgün şəkildə təyin olunması;
  • Server və şəbəkə avadanlıqlarında baş verə biləcək nasazlıqların diaqnostikası və aradan qaldırılması


Tələblər

  • Azərbaycan və İngilis dillərində səlis yazı və danışıq bacarığı (Rus dili biliyi üstünlükdür)
  • Sahə üzrə beynəlxalq sertifikatlara (RHCSA, CCNA və s.) malik olmaq üstünlükdür;
  • Linux (xüsusilə Debian/Ubuntu distrosu) və Windows əməliyyat sistemləri üzrə təcrübə
  • Zabbix və Grafana kimi monitorinq alətləri ilə işləmə bacarığı;
  • TCP/IP, ICMP, ARP, UDP, DNS, HTTP/S və digər əsas protokolların iş prinsipləri və təhlili üzrə biliklər;
  • Bash skriptləri və cron scheduler vasitəsilə sistem proseslərinin avtomatlaşdırılması bacarığı;
  • Ansible aləti ilə konfiqurasiya idarəetməsi üzrə biliklər (arzuolunandır);
  • Veeam Backup kimi sistemlər vasitəsilə məlumatların ehtiyat nüsxələrinin alınması və bərpası üzrə təcrübə;
  • RAID konfiqurasiyaları, LVM (Logical Volume Manager), Snapshot texnologiyalarının tətbiqi və idarə olunması üzrə praktiki bilik;
  • Virtual mühitlərin qurulması və idarə olunması sahəsində təcrübə;
  • Active Directory və File Server ilə iş təcrübəsi.


Vakansiya haqqında

Son tarix

August 17, 2025

Paylaşılıb

iyul 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik