AzRose MMC
Ana səhifə
/
/
/
Satınalma üzrə baş mütəxəssis

Satınalma üzrə baş mütəxəssis

  • AzRose MMC
  • Qəbələ rayon, Vəndam qəsəbəsi
  • Tam ştat

Bu gün

18

Təsvir

  • Şirkətin satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanmasında iştirak etmək;
  • Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçılarla kommersiya danışıqlarını aparmaq, optimal qiymət və əməkdaşlıq şərtlərini əldə etmək;
  • Satınalma sifarişlərinin hazırlanması, müqavilələrin tərtibi və icrasına nəzarət etmək;
  • Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək;
  • Təchizat müddətlərinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
  • Satın alınan mal və xidmətlərin keyfiyyətinə, spesifikasiyalara və müqavilə şərtlərinə uyğunluğunu izləmək;
  • Bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək;
  • Satınalma üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Müvafiq şöbələrlə koordinasiyalı işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq.


Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə);
  • Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (texnika və kənd təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük veriləcəkdir);
  • Xarici təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə edilməsi təcrübəsi;
  • Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması üzrə bacarıqlar;
  • Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması üzrə təcrübə;
  • İngilis dili biliyi mütləqdir (yazılı və şifahi), Rus dili biliyi arzuolunandır;
  • Güclü analitik düşünmə, danışıqlar aparmaq və hesabatvermə bacarığı.


Qeyd: İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. Qəbələ və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.

Vakansiya haqqında

Son tarix

November 6, 2026

Paylaşılıb

oktyabr 7, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Könüllü tibbi siğorta
  • Nahar təminatı
  • Korporativ nömrə və danışıq limiti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar