Food City Kompleks laboratoriyası

Herboloq (bioloq)

Dünən

161

Təsvir

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Herboloq (bioloq)” vəzifəsinə işçi axtarılır.

Vəzifə öhdəlikləri:

• Bitki və bitkiçilik məhsullarında ekspertizanın aparılması, aşkar edilmiş zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;

• Reaktivlərin və məhlulların hazırlanması, lazımi şəraitdə saxlanılmasına nəzarət;

• Yeni müayinə metodlarının tətbiqi və verifikasiyasının həyata keçirilməsi;

• Öz işi barədə aktların, aylıq və illik hesabatların hazırlanması;

• Cihazların performans yoxlanışlarının aparılması;

• Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;

• Cihazların və avadanlıqların baxımı;

• Analiz nəticələrinin işlənilməsi;

• Təlimat, plan və formaların hazırlanması.

İş qrafiki: Bazar ertəsi – Cümə günləri, 09:00–18:00

Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini və Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra işlə təmin ediləcək. Əmək haqqı NET 900 AZN nəzərdə tutulmuşdur (6 aylıq təlim və sınaq müddətində əmək haqqının 50%-i ödənilir).

Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Herboloq (Bioloq)” qeydini edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

Tələblər:

• Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;

• Sahə üzrə iş təcrübəsi tələb olunmur;

• Xudat şəhəri və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.

Vakansiya haqqında

Son tarix

January 15, 2026

Paylaşılıb

dekabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər