Təsvir

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Kimyəvi Müayinələr bölməsinə “Kimyaçı” vəzifəsinə işçi axtarılır.

Vəzifə öhdəlikləri:

·        Reaktivlərin və məhlulların, mobil fazanın hazırlanması, lazımi şəraitdə saxlanılmasına nəzarət

·        HPLC, GC, LC-MS cihazlarında müayinə və kalibrasiya metodlarının yaradılması

·        Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması

·        Beynəlxaq səriştəlilik sınaqlarında iştirak

·        Cihazların və avadanlıqların baxımı

·        Analiz nəticələrinin işlənilməsi

·        Təlimat, plan və formaların hazırlanması

 

İş qrafiki: Bazar ertəsi-cümə günləri; 09:00-18:00

Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini və Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində işlə təmin ediləcək. Əmək haqqı 1000 AZN nəzərdə tutulmuşdur( 6 aylıq təlim və sınaq müddətində əmək haqqının 50%-i ödənilir).

Tələblər

Tələblər:

·        Kimya və Kimya mühəndisliyi ixtisasları üzrə ali təhsil

·        Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür

·        Xudat şəhəri və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir

Vakansiya haqqında

Son tarix

August 26, 2025

Paylaşılıb

iyul 17, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

1000 - 1000 AZN

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı