"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Vəzifənin əsas məqsədi:
Təşkilatın informasiya sistemləri və rəqəmsal aktivlərinin kibertəhdidlərdən qorunmasını təmin etmək, təhlükəsizlik risklərini proaktiv şəkildə idarə etmək və insidentlərə operativ cavab mexanizmlərini formalaşdırmaq. Təhlükəsizlik arxitekturasının inkişafında texniki liderlik etmək.
Səni hansi missiya gözləyir:
- Şirkətin informasiya təhlükəsizliyi infrastrukturunun və perimetr təhlükəsizlik sistemlərinin (Firewall, IPS/IDS, WAF, Load Balancer, VPN, Proxy) arxitekturasının layihələndirilməsi, qurulması və idarə edilməsi
- Təhlükəsizlik sistemlərinin inteqrasiyası və idarə edilməsi (Mail Security, Endpoint Detection & Response (EDR/XDR), Next Generation Firewall (NGFW), DDoS hücümlarından qorunma sistemləri, SİEM, PAM, DLP)
- Yeni təhlükəsizlik həllərinin seçilməsi, POC-lərın təşkili və istehsal mühitinə tətbiqi
- Təhlükəsizlik insidentlərinin aşkarlanması, araşdırılması və Incident Response proseslərinin aparılması
- Zəifliklərin idarə olunması, sistemlərin sərtləşdirilməsi (hardening) və patch management proseslərinə nəzarət
- Şəbəkə və server infrastrukturunda təhlükəsizlik konfiqurasiyalarının hazırlanması və tətbiqi
- IT, Network, System və DevOps komandaları ilə təhlükəsizlik üzrə koordinasiya
- Texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması