"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Əməkdaşlardan və əməkdaşlarla bağlı bütün şikayət, müraciət və məlumatların qəbul edilməsi və qeydiyyata alınması.
- Müraciətlərin mövzularına uyğun olaraq qruplaşdırılması, ilkin qiymətləndirilməsi və müvafiq şöbələrə yönləndirilməsi.
- Hər bir müraciət üzrə obyektiv, qərəzsiz və hərtərəfli araşdırmaların aparılması.
- Araşdırma zamanı müvafiq sənədlərin toplanması, tərəflərdən (şikayətçi, cavabdeh, şahid) yazılı və şifahi məlumatların alınması və izahatların sənədləşdirilməsi.
- Toplanmış məlumatların şirkətin daxili siyasətləri və Əmək Qanunvericiliyinə uyğun təhlil edilməsi.
- Müraciətin tələblərinə əsasən digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.
- Araşdırmanın yekun nəticələri üzrə əsaslandırılmış rəy və hesabatların hazırlanması.
- Təklif olunan qərarların (intizam tədbirləri, prosedur dəyişiklikləri) icrasının izlənməsi.
- Şikayətlərin təhlili və iş mühitinin yaxşılaşdırılması üçün tövsiyələrin verilməsi.
- Bütün araşdırma prosesinin biznes etikası və məlumatların gizliliyinə tam riayət etməklə sənədləşdirilməsi, qeydiyyatı və arxivləşdirilməsi.