Aztelekom MMC

Hüquqşünas

19-02-2026

419

Təsvir

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


Səni hansi missiya gözləyir:


  • Şirkətin fəaliyyəti prosesində qarşıya çıxan telekommunikasiya, mülki, maliyyə, vergi, audit, gömrük, sığorta, əmək, satınalma, inzibati, təhlükəsizlik, həmçinin rəhbərliyin tapşırığı ilə digər məsələlərə dair hüquqi dəstək, yazılı və şifahi məsləhətlərin verilməsi, sorğuların cavablanması, arayışlar və rəylərin hazırlanması
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
  • Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla bütün növ müqavilələrin / onlara əlavələrin tərtib etmək, Müqavilələrin / onlara əlavələrinin hüquqşünas kimi yoxlamaq və rəy vermək
  • Səlahiyyətinə aid sahə üzrə dövlət, məhkəmə və icra orqanlarında, 3-cü şəxslər qarşısında təmsil etmək, şirkətin maraqlarının müdafisəi üçün zəruri sənədləri hazırlamaq
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək
  • Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək vermək, hüquqi əhəmiyyətli yazışmaları icra etmək
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq.

Tələblər

Səndən gözlədiklərimiz:


  • Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas)
  • Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 1-3 il iş təcrübəsi. Telekomunikasiya və müqavilə hüququ sahəsində, həmçinin normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı. İnglis və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı üstülükdür
  • Hüquqi nitq və yazışma qabiliyyəti
  • MS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığı
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmaq
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmaq.

Vakansiya haqqında

Son tarix

March 21, 2026

Paylaşılıb

fevral 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq