"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Keyfiyyət İdarəetmə Sisteminin (KİS) qurulması, tətbiq edilməsi və davamlı inkişafının təmin edilməsi.
- ISO 9001 və digər müvafiq standartlara uyğun prosedurların hazırlanması və icrasına nəzarət.
- Keyfiyyət siyasəti və məqsədlərinin müəyyən edilməsi və yerinə yetirilməsinin izlənməsi.
- Keyfiyyət risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması.
- İşçilər üçün keyfiyyət üzrə təlim və maarifləndirmə proqramlarının təşkili.
- Keyfiyyət göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
- İstehsalat, satınalma, logistika və digər şöbələrlə koordinasiyanın həyata keçirilməsi.
- Daxili və xarici auditlərin planlaşdırılması, keçirilməsi və nəticələr üzrə tədbirlərin hazırlanması.
- Uyğunsuzluqların aradan qaldırılması, düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət.
- ISO 9001, ISO 14001 və ISO 45001 üzrə sertifikatlaşma prosesinə hazırlığın təmin edilməsi.
- Keyfiyyətlə bağlı normativ sənədlərin (siyasət, qaydalar, təlimatlar) hazırlanması və tətbiqinə nəzarət.
- Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətinə rəhbərlik və komanda inkişafının dəstəklənməsi.