Aztelekom MMC
Ana səhifə
/
/
/
Brend və reklam işi üzrə baş mütəxəssis

Brend və reklam işi üzrə baş mütəxəssis

02-10-2025

334

Təsvir

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


  • Şirkətin oflayn kommunikasiya planını hazırlamaq və icrasını təmin etmək
  • BTL və kommersiya tədbirlərini təşkil etmək
  • Şirkət üçün yeni marketinq imkanlarını və kanallarını müəyyənləşdirmək, yeni reklam təşəbbüslərini həyata keçirmək
  • Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını hazırlamaq və icra etmək: məhsul mövqeyini, adını, mesajını və uyğun reklam materiallarını formalaşdırmaq
  • Şirkət məhsulları və təkliflərini hədəf auditoriyaya təqdim etmək üçün vaxtında ünsiyyət materialları hazırlamaq və müxtəlif kampaniyalar üzrə tədbirlər təşkil etmək
  • Kampaniyaların effektivliyini ölçmək və nəticələr əsasında hədəfləri müəyyənləşdirmək
  • Daxili müştərilərlə (şirkətin digər departamentləri) mütəmadi əlaqədə olmaq, onların kampaniya və məhsullarını komanda ilə müzakirə edib istehsal prosesinə dəstək vermək
  • Layihələr çərçivəsində müvafiq istiqamətləri müəyyənləşdirmək üçün dəqiq və aydın briflər hazırlamaq
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar və daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək
  • Şirkətin Satınalma departamenti ilə əməkdaşlıq edərək satınalma prosesini izləmək, SAP üzərindən PO–PR yaratmaq
  • Korporativ hədiyyələr və merchandise ilə məşğul olmaq, kreativ yanaşma ilə onların konseptini təqdim etmək və sifarişin tam icrasına nəzarət etmək
  • OOH, sosial media və digər kanallarda məlumatların gündəlik, aylıq və rüblük monitorinqini rəqəmsal komanda ilə birgə həyata keçirmək
  • Rəhbərlik tərəfindən həvalə olunan digər tapşırıqları icra etmək

Tələblər

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya və ya əlaqəli sahə üzrə ali təhsil
  • Brend və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi (telekommunikasiya və ya reklam agentliyi üzrə təcrübə üstünlükdür)
  • Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; Rus dili bilikləri arzuolunandır
  • Kopiraytinq bacarığı (yaradıcı və dəqiq mətnlərin hazırlanması)
  • Vendorlarla işləmə və əməkdaşlıq bacarığı
  • Güclü təşkilatçılıqvaxtın idarə olunması bacarıqları
  • Tapşırıqların idarə olunması alət və proqramlarından (Trello və s.) istifadə bacarığı
  • Böyük müştəri bazası ilə işləmə təcrübəsi

Vakansiya haqqında

Son tarix

November 11, 2025

Paylaşılıb

oktyabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr