Aztelekom MMC
Ana səhifə
/
/
/
SƏTƏM üzrə şöbə müdiri

SƏTƏM üzrə şöbə müdiri

Bu gün

1

Təsvir

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


Səni hansı missiya gözləyir?

  • SƏTƏM siyasətinin və təhlükəsizlik idarəetmə sisteminin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi.
  • ISO 45001 və ISO 14001 tələblərinə uyğunluğun təmin edilməsində iştirak və sertifikasiyaya hazırlıq.
  • Şöbələrdə və podratçılarda SƏTƏM tələblərinə əməl olunmasının yoxlanılması və uyğunluq hesabatlarının hazırlanması.
  • İşçi heyəti üçün SƏTƏM təlimlərinin, maarifləndirmə proqramlarının və sertifikatlaşdırmanın təşkil edilməsi.
  • Risklərin qiymətləndirilməsi, Risk Register-in idarə olunması və riskləri azaltmaq üçün tədbirlərin planlaşdırılması və icrası.
  • Yeni avadanlıq və layihələr üçün ilkin SƏTƏM qiymətləndirmələrinin aparılması.
  • Qəza, hadisə və peşə xəstəlikləri üzrə araşdırmaların keçirilməsi, səbəblərin müəyyənləşdirilməsi və təkrarlanmanın qarşısını alma tədbirlərinin tətbiqi.
  • Həftəlik, aylıq və illik SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Daxili auditlərin təşkil olunması, nəticələr əsasında tədbirlər planlarının hazırlanması və izlənməsi.
  • SƏTƏM və əməliyyatlar üzrə iclasların keçirilməsi və protokolların hazırlanması; müəssisəni dövlət qurumları və auditorlar qarşısında təmsil etmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitlə bağlı təkliflərin hazırlanması və tətbiqinin dəstəklənməsi.
  • SƏTƏM komandası ilə əməkdaşlıq edərək gündəlik fəaliyyətin və hesabatların idarə olunması.

Tələblər

Səndən gözlədiklərimiz:


  • Bakalavr təhsili (SƏTƏM, mühəndislik və ya idarəetmə sahələri üstünlükdür)
  • SƏTƏM üzrə minimum 10+ il təcrübə
  • NEBOSH, IOSH və ya OSHA sertifikatı
  • Azərbaycan dili – sərbəst; İngilis dili biliyi – üstünlükdür
  • SƏTƏM sənədlərinin hazırlanması bacarığı
  • Yüksək analitik düşünmə
  • Güclü kommunikasiya, komanda idarəetməsi və koordinasiya bacarığı
  • Qaydalar və prosedurlara ciddi riayət
  • Yüksək məsuliyyət, diqqətlilik və operativ problem həlli bacarığı

Vakansiya haqqında

Son tarix

December 29, 2025

Paylaşılıb

dekabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə