Aztelekom MMC
Ana səhifə
/
/
/
Öyrənmə və İnkişaf üzrə mütəxəssis

Öyrənmə və İnkişaf üzrə mütəxəssis

14-08-2025

503

Təsvir


"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


Səni hansı missiya gözləyir?


  • Təyin olunduğun biznes bloklarının strateji məqsədlərini dərindən anlamaq və onların öyrənmə ehtiyaclarını müəyyən etmək.
  • Biznesin real problemlərinə cavab verən öyrənmə həlləri dizayn etmək və tətbiq etmək.
  • Onlayn, oflayn, hibrid və digər formatlarda müasir öyrənmə proqramları yaratmaq.
  • LMS və digər rəqəmsal platformalarda məzmunu yerləşdirmək, istifadəsini optimallaşdırmaq və avtomatlaşdırmaq.
  • Vendorlar və daxili ekspertlər ilə əməkdaşlıq edərək effektiv öyrənmə təcrübəsi yaratmaq.
  • Öyrənmə büdcəsini planlaşdırmaq və resursların səmərəli istifadəsini təmin etmək.
  • Öyrənmə təşəbbüslərinin biznes göstəricilərinə təsirini ölçmək üçün data əsaslı qiymətləndirmə metodları tətbiq etmək.
  • Fərdi və komanda inkişaf planları hazırlamaq və icrasına nəzarət etmək.
  • Davamlı öyrənmə və bilik paylaşımı mədəniyyətini təşviq edəcək təşəbbüslərə rəhbərlik etmək.

Tələblər

Səndən gözlədiklərimiz:


  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Olunması, Psixologiya və ya oxşar sahələr).
  • Öyrənmə və inkişaf sahəsində ən az 2 il iş təcrübəsi.
  • HRIS, LMS və müxtəlif rəqəmsal platformalarda sərbəst işləmə bacarığı.
  • Güclü fasilitasiya, ünsiyyət və təqdimat bacarıqları.
  • Analitik düşüncə, dizayn yanaşması və layihə idarəetmə bacarıqları.
  • Komanda ilə effektiv işləmə və təşəbbüskarlıq.
  • Ölkə daxili işgüzar səfərlərə hazır olmaq.


 

Vakansiya haqqında

Son tarix

September 17, 2025

Paylaşılıb

avqust 14, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə