"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Şirkətə hüquqi dəstək göstərmək və hüquqi sənədləri hazırlamaq.
- Dövlət orqanlarında şirkəti təmsil etmək və onların sorğularını cavablandırmaq.
- Şirkətin və filialların hüquqi mübahisələrini həll etmək, məhkəmələrdə və digər qurumlarda şirkətin maraqlarını müdafiə etmək.
- Rabitə xətləri və avadanlıqlarının zədələnməsi hallarında hüquqi tədbirlər görmək və zərərin ödənilməsini təmin etmək.
- Xidmətlərin icrası ilə bağlı yaranan hüquqi məsələləri həll etmək.
- İnzibati və cinayət işlərində şirkəti təmsil etmək.
- Daxili sənədlərə hüquqi rəy vermək və onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.
- Rəhbərliyin hüquqi tapşırıqlarını icra etmək.