Aztelekom və Rabitə Xidməti Mərkəzləri (RXM) üzrə elektrik sayğaclarının göstəricilərinin mütəmadi yoxlanılmasını, uçotunun aparılmasını və elektrik enerjisi sərfiyyatına nəzarəti təmin etmək;
Elektrik enerjisi üzrə hesab-fakturaların vaxtında ödənilməsinə nəzarət etmək və bununla bağlı zəruri tədbirləri həyata keçirmək;
Fəaliyyəti dayandırılmış obyektlər və filiallar üzrə elektrik sayğaclarının ləğv edilməsi işlərini təşkil etmək;
Yeni istifadəyə verilən obyektlər və filiallar üçün elektrik sayğaclarının alınması, quraşdırılması və istismara verilməsi proseslərini icra etmək;
Subabonentlər üzrə müvafiq aktları tərtib etmək, enerji sərfiyyatının uçotunu aparmaq və ödənişlərin düzgünlüyünə nəzarət etmək;
Akkumulyatorların texniki vəziyyətini ölçü cihazları vasitəsilə yoxlamaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş nasazlıqlar barədə məlumat vermək;
Elektrik qidalandırıcı qurğuların (EQQ), generatorların, transformatorların, UPS, stabilizator, düzləndirici və akkumulyator sistemlərinin quraşdırılması, istismarı, texniki xidməti və nasazlıqlarının aradan qaldırılması işlərini həyata keçirmək;
Aztelekom və RXM-lərdə istismar olunan enerji təchizatı avadanlıqlarının etibarlı və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə profilaktik və texniki tədbirlər görmək;
Enerji təchizatı sistemlərində baş verən qəza hallarının operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
Görülmüş işlər və enerji sərfiyyatı üzrə hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və texniki istismar qaydalarına riayət etmək.
Tələblər
Energetika sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi);
Energetika və ya enerji təchizatı sistemlərinin istismarı sahəsində minimum 1 il iş təcrübəsi;
Elektrik şəbəkələrinin layihə-smeta sənədlərinin və texniki planlarının hazırlanması üzrə biliklər;
AC (transformatorlar, UPS, stabilizatorlar və s.) və DC (düzləndiricilər, akkumulyator sistemləri və s.) enerji təchizatı sistemləri üzrə bilik və praktiki təcrübə;
MS Office və Outlook proqramlarından sərbəst istifadə bacarığı;
AutoCAD proqramında elektrik sxemlərinin hazırlanması bacarığı (üstünlükdür).