Aztelekom MMC
Ana səhifə
/
/
/
Elektrik qida qurğularına xidmət sahəsinin mühəndisi (3 saylı RXM)

Elektrik qida qurğularına xidmət sahəsinin mühəndisi (3 saylı RXM)

Dünən

122

Təsvir

Mühəndisin əmək funksiyaları aşağıdakılardır.

  • Stansiyanın iş rejimində qəza halları olarsa, ondan asılı olan bütün vasitələrdən istifadə etməklə stansiyanın normal iş rejimini təmin etmək;
  • EATS-i normal elektrik enerjisi ilə təmin etmək;
  • Elektrik qida qurğuları sexinin dayanıqlı işləməsini təmin etmək;
  • Qüvvədə olan təlimata uyğun olaraq tələb və tələbatları tam və vaxtında yerinə yetirmək;
  • Avadanlıqların qorunmasına, cihaz və alətlərin düzgün istifadəsinə nəzarət etmək;
  • Akkumlyatorların müqavimətini ölçmək;
  • Avadanlıqların iş rejimlərinə və plan işlərinə nəzarət etmək.


Tələblər

Mühəndis vəzifəsinə namizəd aşağıdakı tələblərə cavab verməlidir:

  • Energetika, telekommunikasiya, avtomatik-idarəetmə, rabitə və rabitə-texnikası və s. texniki ixtisaslar üzrə orta və ali təhsilli olmalı;
  • Azərbaycan dilini mükəmməl bilməli ( rus və ingilis dili arzuolunandır).

Mühəndis aşağıdakıları bilməlidir:

  • EATS-in Elektrik qida qurğularına xidmət sahəsinin avadanlığının prinsipial və montaj sxemlərini, dizel-generatoru avadanlığının iş prinsipi və onun EATS-ə qoşulma sxemini;
  • EATS-in akkumlyatorlarının iş prinsipini, onların təlimata uyğun istismarını;
  • Texnoloji təlimatlara uyğun olaraq, ən böyük yüklənmə saatlarında düzləndirici qurğularının işinə nəzarət etmək və yüklənmələrin aparılma qaydalarını;
  • Akkumlyatorların dolma-boşalma rejimlərində işinə nəzarət etməyi;
  • EATS-in hər iki fiderdən qoşulma qaydalarını;
  • EATS-in torpaqlanma sxemini, torpaqlanma konturlarının yerlərini və EATS-ə qoşulma sxemini;
  • Təhlükəsizlik texnikası qaydalarını və yanğın təhlükəsizliyi qaydalarını;
  • Krossdakı və avtozaldakı elektrik kabellərinin qoşulması sxemini;
  • Generator, akkumlyator və düzləndiricilərin sxemini və istismarını;
  • Akkumlyator bankalarının təlimata uyğun istismarını;
  • Avadanlıqların iş rejimlərinə və plan işlərinə nəzarəti

Vakansiya haqqında

Son tarix

dekabr 24, 2024

Paylaşılıb

noyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik