İşçilərin əmək haqqı, bonuslar və digər mükafatlarının düzgün və vaxtında hesablanması.
Vergilər və digər kəsintilərin düzgün tətbiq olunmasını təmin etmək.
İşçilərin əmək haqqı hesablarının yoxlanılması, təkmilləşdirilməsi və təhlil edilməsi.
İşçilərdən gələn əmək haqqı, bonus və digər ƏH məsələləri ilə bağlı sualları cavablandırmaq.
Əmək haqqı ödənişlərinin yığılması, yoxlanılması və ödəniş üçün Maliyyə departamentinə göndərilməsi.
SAP sisteminə lazımı məlumatların vaxtında işlənilməsi.
Sistemdə yaradılmış yeni funksionallıqların test edilməsi.
Daxili və xarici hesabatların hazırlanması və təqdim olunması (aylıq, rüblük, illik).
Dövlət orqanlarına təqdim olunan vergi, sosial sığorta və digər hesabatların hazırlanması.
Əmək haqqı ilə bağlı qanunvericilik tələblərinə riayət edilməsi.
Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq əmək haqqı proseslərini təkmilləşdirmək və müasir texnologiyalardan istifadə edərək daha effektiv metodlar tətbiq etmək.
Tələblər
İqtisadiyyat, maliyyə, idarəetmə və ya müvafiq sahələrdə ali təhsil.
ƏH üzrə mütəxəssis kimi ən azı 2-4 illik iş təcrübəsi.
Vergi qanunvericiliyi, sosial sığorta və əmək haqqı sistemləri üzrə yüksək təcrübə.
ERP sistemlər üzrə (SAP arzu olunandır) üzrə təcrübə.
Ofis proqramları (xüsusilə Microsoft Excel) üzrə yüksək səviyyədə biliklər.
Əmək qanunvericiliyi, vergi və sosial sığorta ilə bağlı mükəmməl biliklər.
Mövcud qanun vericilikdə ƏH hesablanma qaydasını yüksək səviyyədə bilmək.
Dəqiqlik və detallara diqqət yetirmə bacarığı.
Məsuliyyətli və təşəbbüskarlıq.
Yüksək ünsiyyət qurma bacarığı.
Stressə davamlılıq və zaman idarəetməsi qabiliyyəti.