Aztelekom MMC
Ana səhifə
/
/
/
Əmlakın İdarə Olunması üzrə Mütəxəssis

Əmlakın İdarə Olunması üzrə Mütəxəssis

Dünən

140

Təsvir

Səndən gözlədiklərimiz:


  • Daşınmaz əmlakın reyestrini hazırlayaraq sahədə dəqiq və şəffaf idarəetmənin qurulmasına töhfə vermək.
  • Dövlət qurumları ilə əməkdaşlıq edərək öyrənmə və bilik paylaşımı mədəniyyətini inkişaf etdirmək.
  • Qiymətləndirmə üçün təqdim olunan sənədləri təhlil etmək və praktiki bacarıqlarını əmlaklara baxış zamanı tətbiq etmək.
  • Daşınmaz əmlak bazarını araşdırmaq və nəticələrini analitik hesabatlara çevirmək.
  • Təqdimat materialları və analitik sənədlər hazırlayaraq həm öz, həm də komandanın inkişafına dəyər qatmaq.
  • Kənar qiymətləndirmə təşkilatlarının hesabatlarını ekspertiza edərək peşəkar yanaşmanı möhkəmləndirmək.
  • Qiymətləndirmə işlərinin metodoloji dəqiqliyini təmin etməklə sahədə standartların formalaşmasına dəstək olmaq.
  • Şöbə və departamentin digər fəaliyyətlərinə dəstək göstərərək komanda işində öyrənmək və paylaşmaq.
  • Qiymətləndirmə proseslərini təkmilləşdirmək və yeni modellər üzərində işləməklə innovativ yanaşma formalaşdırmaq.


Tələblər

Tələblər

  • Müvafiq istiqamət üzrə ali təhsil.
  • Əmlakın idarə olunması sahəsində üzrə 3 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi və Əmlak məcəlləsi üzrə biliklər.
  • Əmlakın qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər.
  • İşə məsuliyyətli yanaşma, səbirli və təmkinli olmaq, yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
  • Yüksək təqdimat bacarığı və komandada effektiv işləmək qabiliyyəti.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
  • Daşınmaz əmlak sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır.
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır).
  • MS Office proqramlarında (xüsusilə Excel-də) əhatəli bilik və tətbiq bacarıqlarına malik olmaq.

Vakansiya haqqında

Son tarix

October 31, 2025

Paylaşılıb

oktyabr 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə