Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda daxili normativ sənədlərə əsasən və yenilikləri nəzərə almaqla aparmaq.
Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək.
Səlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) qaydaların, prosedurların və digər daxili normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək.
Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək.
İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək.
Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının müdafiəsini təmin etmək.
İddia ərizələri, vəsatətlər və apelyasiya şikayətləri hazırlamaq.
Şirkətə ziyan dəyməsi hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək.
Vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək.
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
Ali hüquq təhsili;
Hüquqi mübahisələr sahəsində minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq.
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək.
İşgüzar yazışma əsaslarını bilmək.
Peşəkar ünsiyyət psixologiyasını bilmək.
Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
Sahəsinə aid olan sənədləri tərtib edə bilmək.
Azərbaycan dilini sərbəst bilmək (ingilis və rus dili arzuolunandır).