Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək
Filialdaxili əmr, təlimat, qayda, tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq
Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin etmək
Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək
Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin başladılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin etmək, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırmaq və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışmaq
Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil etmək, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlamaq, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək
İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək
İnzibati xəta üzrə və ya cinayət işləri üzrə icraatlar zamanı şirkəti təmsil etmək
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək
Tələblər
Ali hüquq təhsili olmalı
Hüquq sahəsi üzrə ən azı 1 il iş təcrübəsinə malik olmalı
Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı
Müqavilələrlə iş təcrübəsi olmalı
Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli
Hüquqi nitq və yazışma qabiliyyəti olmalı
Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli
Yüksək ünsiyyət,komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı