Aztelekom MMC

Hüquqşünas

17-07-2024

2K

Bağlanılıb

Təsvir

·       Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək

·       Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək

·       Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq

·       Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək

·       Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək

·       Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək

·       Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər

·       Ali hüquq təhsili olmalı

·       Korporativ hüquq sahəsi üzrə müvafiq iş təcrübəsinə malik olmalı

·       Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı

·       Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı

·       Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı

·       Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı

·       Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli

·       Hüquqi nitq və yazışma qabiliyyəti olmalı

·       Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilməli

·       Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli

·       Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı

·       İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

Vakansiya haqqında

Son tarix

avqust 30, 2024

Paylaşılıb

iyul 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq