Aztelekom MMC
Ana səhifə
/
/
/
İnformasiya texnologiyaları üzrə mütəxəssis (Salyan)

İnformasiya texnologiyaları üzrə mütəxəssis (Salyan)

18-10-2024

1K

Bağlanılıb

Təsvir

  • İnformasiya texnologiyaları, Transmisiya və Genişzolaqlı avadanlıqların istismarına nəzarət edir, avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını nəzarətdə saxlayır;
  • İnformasiya texnologiyaları, Transmisiya və Genişzolaqlı avadanlıqların mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir;
  • Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini həyata keçirir;
  • Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
  • İnformasiya texnologiyaları, Transmisiya və Genişzolaqlı avadanlıqların cari və əsaslı təmirinə və proqram təminatına , profilaktik xidmətlərə nəzarət edir;
  • Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq avadanlıqlarda işini qurur;
  • İstifadəçi tələbatın maksimum ödənilməsi üçün lazım olan proqram təminatının seçilməsində dəstək göstərir;
  • İnternet istifadəçilərindən daxil olan texniki problemleri qeydiyyata alır, həll etdikdən sonra arxivləşdirir.


Tələblər

  • Ali və ya orta ixtisas/texniki təhsilli olamlıdır;
  • İnformasiya texnologiyaları sahəsində azı 1 (bir) il əmək stajına malik olmalıdır;
  • Müasir informasiya texnologiyaları trendlərini bilməlidir;
  • Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzuolunandır;
  • Kompüter avadanlıqlarının təmiri və əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmalıdır;
  • Giriş şəbəkə və transmisiya avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklərə malik olmalıdır;
  • Əməliyyat Sistemləri, MS Office proqramlarını və istehsalatla bağlı əlavə yazılmış proqramları, İT qurğularının quraşdırılmasını bilməlidir.


Vakansiya haqqında

Paylaşılıb

oktyabr 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik