Aztelekom MMC
Ana səhifə
/
/
/
İşə qəbul üzrə mütəxəssis

İşə qəbul üzrə mütəxəssis

Bu gün

145

Təsvir

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


Səni hansı missiya gözləyir?


  • Müxtəlif istiqamətlər (korporativ, texniki, satış və s.) üzrə vakansiyalar üçün işə qəbul prosesini əvvəldən axıra qədər idarə etmək
  • Təşkilat daxilində maraqlı tərəflər ilə yaxın əməkdaşlıq edərək tələbin düzgün anlaşılması və uyğun namizəd axınının təmin edilməsi və seçim strategiyasını müəyyənləşdirməsi
  • ATS üzərindən CV-lərin skrininqi, ilkin müsahibə və dəyərləndirmələrin həyata keçirilməsi
  • Kompetensiya əsaslı və strukturlaşdırılmış müsahibələrin təşkili və aparılması
  • Rəqəmsal platformalar, sosial media və digər kommuniksiya vasitəsilə işə qəbul strategiyalarını həyata keçirmək
  • Kütləvi və hədəfli işə qəbul kampaniyalarını planlaşdırmaq və koordinasiya etmək
  • Namizəd təcrübəsini (candidate experience) yüksək səviyyədə təmin etmək
  • ATS sistemində məlumatların düzgün idarə olunması və hesabatlığın təmin edilməsi
  • İşə qəbul proseslərinin təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi
  • İşə götürən brendinqi təşəbbüslərinə töhfə vermək

Tələblər

Səndən gözlədiklərimiz:


  • Ali təhsil (İnsan Resursları, Biznes İdarəçiliyi, Psixologiya və ya əlaqəli sahə)
  • Minimum 3 il işə qəbul təcrübəsi (qarışıq istiqamətlər üzrə iş təcrübəsi arzu olunandır)
  • Kompetensiya əsaslı və strukturlaşdırılmış müsahibə bacarığı
  • LinkedIn və digər mənbələrdən namizəd cəlbi üzrə təcrübə
  • ATS sistemləri ilə işləmə bacarığı (SAP HR, SuccessFactors, Glorri və s.)
  • Güclü ünsiyyət, koordinasiya və vaxtın idarə olunması bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində isə işgüzar səviyyə
  • Komanda ilə işləmə və dəyişikliklərə adaptasiya bacarığı

Vakansiya haqqında

Son tarix

November 25, 2025

Paylaşılıb

oktyabr 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə