İnformasiya texnologiyaları, Transmisiya və Genişzolaqlı avadanlıqların istismarına nəzarət edir, avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını nəzarətdə saxlayır;
İnformasiya texnologiyaları, Transmisiya və Genişzolaqlı avadanlıqların mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir;
Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini həyata keçirir;
Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
İnformasiya texnologiyaları, Transmisiya və Genişzolaqlı avadanlıqların cari və əsaslı təmirinə və proqram təminatına , profilaktik xidmətlərə nəzarət edir;
Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq avadanlıqlarda işini qurur;
İstifadəçi tələbatın maksimum ödənilməsi üçün lazım olan proqram təminatının seçilməsində dəstək göstərir;
İnternet istifadəçilərindən daxil olan texniki problemleri qeydiyyata alır, həll etdikdən sonra arxivləşdirir.
Tələblər
Ali və ya orta ixtisas/texniki təhsilli olmalıdır;
İnformasiya texnologiyaları sahəsində azı 1 (bir) il əmək stajına malik olmalıdır;
Müasir informasiya texnologiyaları trendlərini bilməlidir;
Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzuolunandır;
Kompüter avadanlıqlarının təmiri və əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmalıdır;
Giriş şəbəkə və transmisiya avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklərə malik olmalıdır;
Əməliyyat Sistemləri, MS Office proqramlarını və istehsalatla bağlı əlavə yazılmış proqramları, İT qurğularının quraşdırılmasını bilməlidir.