Aztelekom MMC
Ana səhifə
/
/
/
İT mütəxəssis Cəlilabad

İT mütəxəssis Cəlilabad

Dünən

81

Təsvir

  • İnformasiya texnologiyaları, transmissiya və genişzolaqlı avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını nəzarətdə saxlamaq. 
  •  İnformasiya texnologiyaları, transmissiya və genişzolaqlı avadanlıqların nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsini təmin etmək.
  • Yeni avadanlıqların quraşdırılmasını və təyin olunan vaxt ərzində istismara verilməsini həyata keçirmək.
  •  İnformasiya texnologiyaları, transmissiya və genişzolaqlı avadanlıqların təmirini həyata keçirmək və müvafiq proqram təminatına nəzarət etmək.
  •  İnformasiya texnologiyaları, transmisiya və genişzolaqlı avadanlıqların periodik profilaktik xidmətlərini həyata keçirmək.
  • Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq avadanlıqlarda işi yerinə yetirmək.
  • İstifadəçi tələbatının maksimum ödənilməsi üçün lazım olan proqram təminatının seçilməsində dəstək göstərmək.
  • İnternet istifadəçilərindən texniki problemlərlə bağlı daxil olan müraciətləri qeydiyyata almaq, həll etdikdən sonra arxivləşdirmək.

Tələblər

  • Ali və ya orta ixtisas təhsilli  olmalı (İnformasiya texnologiyaları istiqamətində olması arzuolunandır).
  •  İnformasiya texnologiyaları sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı.
  •  Kompüter avadanlıqlarının təmirini və əməliyyat sistemlərini bilməli;
  •  Genişzolaqlı şəbəkənin təşkilinin və qurulmasının sxemlərini, texniki istismar üzrə qayda və təlimatlarını bilməli.
  • Giriş şəbəkə və transmisiya avadanlıqlarının əməliyyat sistemlərinin işləmə prinsipini bilməli.
  • Əməliyyat Sistemləri, MS Office proqramlarını və istehsalatla bağlı əlavə yazılmış proqramları, İT qurğularının quraşdırılmasını bilməli.
  •  MS Office proqramlarını bilməli.


Vakansiya haqqında

Son tarix

noyabr 20, 2024

Paylaşılıb

noyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik