Aztelekom MMC
Ana səhifə
/
/
/
Kommersiya şöbəsinin müdiri (Gəncə)

Kommersiya şöbəsinin müdiri (Gəncə)

14-10-2024

543

Təsvir

  • Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində satış və satış üzrə mütəxəssislərə aid əməliyyat proseslərinin təşkilinə nəzarət etmək;
  • Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində yerləşdirilən reklam materialların, küçə reklam daşıyıcıları və digər reklam materiallarının qüvvədə olan xidmətlərə və kampaniyalara uyğun olmasına nəzarət etmək;
  • Şirkət tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrasını təmin etmək;
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunmasını təmin etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Mövcud sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatın birbaşa rəhbərə çatdırılmasını təmin etmək;
  • Region üzrə təyin edilmiş satış hədəfləri ilə bağlı şöbələr(rayon) arasında bölgünün aparılması və icrasına nəzarət etmək;
  • Korporativ xidmətlər üzrə satışların həyata keçirilməsini təmin etmək;
  • Ərazilərin potensial müştəri bazası baxımından araşdırılmasını və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək.


Tələblər

  • Ali təhsilli olmalıdır;
  • Satış sahəsində 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;
  • Sahə üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
  • Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzu olunandır;
  • MS office proqramları ilə işləməyi bacarmalıdır;
  • Müştəri və nəticə yönümlü olmalıdır;
  • Komandanı idarə etməyi bacarmalıdır;
  • Təqdimat və təşkilatçılıq bacarığı olmalıdır;
  • Müsbət iş əlaqələrinin saxlanılmasını bacarmalıdır;
  • Daxili satış təlimlərini hazırlamalı və keçirməlidir;


Vakansiya haqqında

Son tarix

noyabr 23, 2024

Paylaşılıb

oktyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə