"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində satış və satış üzrə mütəxəssislərə aid əməliyyat proseslərinin təşkilinə nəzarət etmək;
- Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində yerləşdirilən reklam materialların, küçə reklam daşıyıcıları və digər reklam materiallarının qüvvədə olan xidmətlərə və kampaniyalara uyğun olmasına nəzarət etmək;
- Şirkət tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrasını təmin etmək;
- Şirkətə aid məlumatın məxfiliyinin qorunmasını təmin etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Mövcud sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatın birbaşa rəhbərə çatdırılmasını təmin etmək;
- Region üzrə təyin edilmiş satış hədəfləri ilə bağlı şöbələr(rayon) arasında bölgünün aparılması və icrasına nəzarət etmək;
- Korporativ xidmətlər üzrə satışların həyata keçirilməsini təmin etmək;
- Ərazilərin potensial müştəri bazası baxımından araşdırılmasını və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək.