Şirkətdaxili tənzimləyici sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hazırlanması prosesində iştirak və bu sənədləri dövri olaraq nəzərdən keçirməklə cari komplayens tələblərinə uyğunlaşdırılmasına dair təkliflər vermək.
Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) ekspertizasını həyata keçirmək, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı təkliflər vermək.
Şirkət daxilində “Maraqlar toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq.
Şirkətin müəyyən edilmiş korporativ idarəetmə məqsədlərinə çatmasına kömək edən korporativ siyasət və strategiyaları ilə bağlı tövsiyyələr vermək.
Komplayens risklərinin müəyyənləşdirilməsi məqsədilə biznes proseslərinin təhlili.
Şirkətin etik davranış qaydalarının hazırlanmasında iştirak etmək, zərurət yarandıqda qaydalarda dəyişikliklər edilməsini təklif etmək, tətbiqinə nəzarət etmək.
Etik davranış qaydaları üzrə Şirkətdaxili təlimlərin keçirilməsi.
Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və hesabatlılığını həyata keçirmək.
Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək.
Komplayens sahəsində daxili normativ sənədlərin aktual saxlanılması prosesini və tətbiqinə nəzarəti təmin etmək.
Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (hüquq təhsili və ya müvafiq sahə üzrə ali təhsil üstünlükdür).
Komplayens üzrə sertifikatlara malik olmaq üstünlükdür.
Təlim keçmək təcrübəsinə malik olan namizədlərə üstünlük verilir.
Müvafiq sahə üzrə iş təcrübəsi; (mütəxəssis vəzifəsi üçün 1-3 il).
Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı.
Operativ və düzgün qərar vermə qabiliyyəti.
Təşkilati bacarıqlar (korporativ yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.).
Konfidensial və həssas məlumatlarla işləmək bacarığı.
Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları.
Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).
Ölkədaxili ezamiyyətlərə hazır olma və sürücülük hüququnun olması üstünlükdür.