Aztelekom MMC
Ana səhifə
/
/
/
Komplayens üzrə mütəxəssis

Komplayens üzrə mütəxəssis

Dünən

896

Bağlanılıb

Təsvir

  • Şirkətdaxili tənzimləyici sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hazırlanması və digər şirkətdaxili sənədlərin cari komplayens qaydalarının tələblərinə uyğunlaşdırılması prosesində iştirak.
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək və həmin dəyişikliklərin biznes proseslərinə təsiri ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər vermək.
  • Şirkət daxilində “Maraqlar toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq.
  • Komplayens risklərinin müəyyənləşdirilməsi məqsədilə biznes proseslərinin təhlili.
  • Şirkətin etik davranış qaydalarının hazırlanmasında iştirak etmək, zərurət yarandıqda qaydalarda dəyişikliklər edilməsini təklif etmək.
  • Etik davranış qaydalarının tətbiqinə nəzarət etmək.
  • Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və hesabatlılığını həyata keçirmək.
  • Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək.
  • Komplayens sahəsində daxili normativ sənədlərin aktual saxlanılması prosesini və tətbiqinə nəzarəti təmin etmək.
  • Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Ali təhsil (hüquq təhsilinə üstünlük verilir).
  • Komplayens üzrə sertifikatlara malik olmaq üstünlükdür.
  • Təlim keçmək təcrübəsinə malik olan namizədlərə üstünlük verilir.
  • Müvafiq sahə üzrə iş təcrübəsi; (mütəxəssis vəzifəsi üçün ən azı 1 il).
  • Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı.
  • Ölkədaxili ezamiyyətlərə hazır olmaq;
  • Sürücülük hüququ (B kateqoriyası) olması üstünlükdür.
  • Operativ və düzgün qərar vermə qabiliyyəti.
  • Təşkilati bacarıqlar (korporativ yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.).
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı.
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları.
  • Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).


Vakansiya haqqında

Son tarix

dekabr 29, 2024

Paylaşılıb

noyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq