Aztelekom MMC
Ana səhifə
/
/
/
Layihə idarəedilməsi və biznes analitika üzrə mütəxəssis

Layihə idarəedilməsi və biznes analitika üzrə mütəxəssis

02-10-2025

388

Təsvir

  • Layihələrin başlanğıc mərhələsindən yekunlaşmasına qədər idarə olunması;
  • Layihə məqsəd və tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və icrasının təmin olunması;
  • Layihə komandası və maraqlı tərəflərlə effektiv əməkdaşlıq və kommunikasiya qurulması;
  • Resursların düzgün idarə edilməsi, optimallaşdırılması və iş bölgüsünün təşkili;
  • Layihə risklərinin müəyyənləşdirilməsi, izlənməsi və idarə olunması;
  • Biznes tələblərinin toplanması, prioritetləşdirilməsi və sənədləşdirilməsi;
  • Mövcud biznes proseslərinin təhlili, optimallaşdırılması və inkişaf etdirilməsi;
  • Yeni sistem və proses dəyişikliklərinin tətbiqi və idarə olunması;
  • Layihə məlumatlarının toplanması, təhlili və analitik hesabatların hazırlanması;
  • Müqavilələrin, satınalma sifarişlərinin idarə olunması və hesabatlılığın aparılması;
  • İstifadəçilərə təlimlərin keçirilməsi, texniki dəstəyin göstərilməsi və yeni sistemlərə adaptasiya prosesinə dəstək olunması.

Tələblər

  • Layihə menecmenti, biznes idarəçiliyi, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Layihə meneceri və ya biznes analitik kimi minimum 1-2 il iş təcrübəsi;
  • Layihə menecmenti metodologiyaları (Agile, Waterfall və s.) haqqında biliklər;
  • Güclü təşkilati və idarəetmə bacarıqları;
  • Problem həll etmə və analitik düşüncə qabiliyyəti;
  • Liderlik və komanda ilə əməkdaşlıq bacarığı;
  • Effektiv kommunikasiya və hesabatvermə bacarığı;
  • Vaxt idarəetməsi və prioritetləşdirmə bacarığı;
  • Məlumat təhlili, hesabat hazırlama və vizuallaşdırma bacarıqları;
  • Detallara diqqət və nəticə yönümlü yanaşma.


Üstünlük verilir:

  • PMP, PRINCE2, Agile/Scrum və digər layihə idarəetmə sertifikatlarına sahib olmaq;
  • İT layihələrində və biznes proseslərinin avtomatlaşdırılmasında təcrübə;
  • SQL, Excel, Power BI və digər analitik alətlərlə işləmə bacarığı.


Vakansiya haqqında

Son tarix

November 11, 2025

Paylaşılıb

oktyabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik