Aztelekom MMC
Ana səhifə
/
/
/
Müqavilə üzrə şöbə müdiri

Müqavilə üzrə şöbə müdiri

Dünən

211

Təsvir

·      Müqavilə qiymətləndirilməsini idarə etmək, əsas mərhələlərə nəzarət etmək.

·      Müqavilə münaqişə və məsələləri vaxtında və effektiv şəkildə həll etmək. Ümumi nəzarəti həyata keçirmək.

·      Mal-materialların qəbulu, saxlanması və buraxılması və məqsədəuyğun şəkildə yerləşdirilməsi, saxlanma rejiminə riayət edilməsi üzrə işə nəzarət etmək.

·      Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından müdafiə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərinin aparılmasına nəzarət etmək.

·      Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;

·      Mədaxil olunan maddi vəsaitlərin ilkin fiziki inspeksiyası, sayılması və qəbulu, yerləşdirilməsi və ilkin uçotu işinin (qeydiyyatı, kodlanması və etiketlənməsi və uyğunlaşdırılmasının) düzgün, dəqiq və zamanında təşkil edilməsini təmin etmək;

·      Mal-material qalıqlarının optimal həddə saxlanılması, qənaətli istifadə və optimal sifariş həcmi üzrə metodologiya və prosedurların tətbiq olunmasını təmin etmək;

·      Əsas vəsaitlərin və mal-material qalıqlarının uçotu və hərəkəti üzrə proqram təminatının istifadəsi, vəsaitlər haqqında ətraflı məlumat bazasının yaradılması və saxlanılması, anbar hərəkətləri üzrə daxili nəzarət qaydaları və prosedurlara uyğun sənəd axışı və hesabatlılıq sisteminin tətbiqini və inkişaf etdirilməsini təmin etmək;

·      Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;

·      İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;

·      Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə Performans Hesabatları təqdim etmək.

Tələblər

·      Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);

·      Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

·      Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri və təcrübəsi;

·      Tələb olunan dil: Azərbaycan dili (əla), İngilis-dili (yaxşı);

·      SAP proqramını yaxşı səviyyədə bilmək;

·      MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək;

·      Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;

·      Komanda ilə işləmə bacarığı;

·      Təqdimat və təsiretmə bacarığı

·      Vaxtın idarəedilməsi bacarığı;

·      Problem həlletmə bacarığı

Vakansiya haqqında

Son tarix

dekabr 14, 2024

Paylaşılıb

noyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə