Aztelekom MMC
Ana səhifə
/
/
/
Müştəri dəyərinin idarə olunması üzrə mütəxəssis

Müştəri dəyərinin idarə olunması üzrə mütəxəssis

18-11-2024

828

Bağlanılıb

Təsvir

  • Təyin olunmuş taktiki plana əsaslanaraq, Müştəri Dəyərinin İdarə olunması sektorunun əməliyyat planını müəyyənləşdirmək və icra etmək.
  • Müştəri itkisini azaltmaq, müştəri sədaqətini və gəliri artırmaq üçün əlavə satış və çarpaz satış texnikalarından istifadə etməklə proaktiv tədbirlər hazırlayıb icra etmək.
  • Xam məlumatları emal etmək və detallı təhlil üçün lazım olan formata uyğunlaşdırmaq, həmçinin, xüsusi və ya daimi hesabat tələblərini müəyyən etmək.
  • Müştəri bazasının davamlı və ən son məlumatlara əsaslanmış seqmentləşdirilməsini təmin etmək və hər bir seqmentin profilinə əsasən ən uyğun təklifləri hazırlamaq.
  • Əl işinin avtomatlaşdırılması yollarını araşdırmaq və müvafiq tətbiq edilməsi üçün ən yaxşı təcrübələri təklif etmək.
  • Müştəri şikayətləri, texniki nasazlıqlar və məhsul portfeli ilə bağlı digər problemli məsələlərdən xəbərdar olmaq və onları vaxtında və yüksək keyfiyyətlə həll etmək üçün müvafiq tərəflərlə əlaqədə olmaq.
  • Təkliflərin hazırlanması/kampaniya idarəetməsi proseslərinin bütün tələb olunan mərhələlərində iştirak etmək və təyin edilmiş tələbləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək.
  • Şirkət və sektorun təşəbbüslərinin əsas performans göstəricilərini gündəlik olaraq izləmək və həm proaktiv, həm də reaktiv şəkildə addımların atılmasından əmin olmaq.


Tələblər

  • Məhsul marketinqi, məhsul idarə olunması, biznes analitikası və ya data analitikası sahələrində 1 illik iş təcrübəsi və ya oxşar sahələrdə 2 illik iş təcrübəsi.
  • Bakalavr dərəcəsi. Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya data analitikası sahələrində təhsil üstünlükdür.
  • Azərbaycan dili - Tam Peşəkar Səviyyə,İngilis dili - Məhdud İş Səviyyəsi.
  • MS Office proqramlarında yüksək peşəkarlıq və hər hansı bir data analitikası aləti/proqramlaşdırma dilində orta səviyyədə təcrübə.


Xüsusi bacarıqlar:



  • Analitik düşüncə.
  • Ünsiyyət.
  • Problemlərin həlli.
  • Bir neçə işi eyni anda görmə.
  • Layihə koordinasiyası.
  • Məhsul idarə olunması.
  • Rəqəmsal inkişaf.
  • Məlumat analizi.
  • Məlumatların təqdimatı.


Vakansiya haqqında

Son tarix

dekabr 28, 2024

Paylaşılıb

noyabr 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr