Qazanxana operatorunun əsas öhdəliyi inzibati-texniki binanın və köməkçi tikililərinin ilin soyuq aylarında qızdırılması üçün nəzərdə tutulmuş qazanxananın sobalarının təbii qaz yanacağı ilə yandırılmasından və onlara texniki istismar qaydalarına və təhlükəsiz texnikası qaydalarına əməl etməklə xidmət göstərilməsindən ibarətdir.
- Yanacaqla istilik sobalarını yandırmaq və istilik qazanlarının normalara uyğun istismar olunmasını təmin etmək
- İstilik qazanlarının və bacaların vəziyyətinin sazlığına, odluqların təmizliyinə nəzarət etmək
- İsidilən tikililərdə zəruri temperaturu saxlamaq
- Yanacaq sərfinin uçotunu aparmaq
- İstilik qazanlarında suyun temperaturuna və onların normadan artıq qızmamasına nəzarət etmək
- Müəssisədə iş vaxtına ən azı bir saat qalmış qaznxananı işə salmaq və iş saatı başa çatana 30 dəqiqə qalmış qazanxananı söndürmək
- Birbaşa rəhbərin işlə bağlı yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.