Aztelekom MMC
Ana səhifə
/
/
/
Satınalma üzrə aparıcı mütəxəssis

Satınalma üzrə aparıcı mütəxəssis

17-07-2024

1.8K

Bağlanılıb

Təsvir

  • “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarını təşkil etmək
  • Satınalma planını hazırlamaq və icra etmək
  • Təchizatçılar ilə ünsiyyət qurmaq
  • Satınalma prosedurları ilə bağlı sənədləri, təqdimatları və hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək
  • Yerli və beynəlxalq bazarları mütəmadi araşdırmaq, malların (işlərin və ya xidmətlərin) təchizatı üzrə tender sənədlərinin, təkliflərin sorğularının və tender sənədləri qiymətlərinin hazırlanmasında iştirak etmək
  • Tender təkliflərini təhlil etmək, ən sərfəli kommersiya şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq,
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələr və sektorlarla birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsini təşkil etmək
  • Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasını aparmaq
  • Dövlət satınalmaları portalı üzrə tender elanlarını yerləşdirmək
  • Qiymət və maliyyə analizlərini həyata keçirmək
  • İddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək
  • Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların (iş və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən müqaviləni hazırlamaq
  • Satınalma prosedurları haqqında hesabat hazırlamaq
  • Yaranmış problemlər barəsində şöbə müdiri və departament direktoruna dərhal məlumat vermək


Tələblər

  • İqtisadiyyat, Biznes və ya digər müvafiq sahə üzrə ən azı bakalavr təhsili
  • Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri
  • Göstərilən vəzifə üzrə iş təcrübəsi: Dövlət satınalmalarında iş təcrübəsi 2 il
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • Tələb olunan dil: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı)
  • Yaxşı səviyədə MS Office bilikləri
  • Komanda ilə işləmə bacarığı
  • Təqdimat və təsiretmə bacarığı
  • Vaxtın idarəedilməsi bacarığı
  • Problem həlletmə bacarığı

Vakansiya haqqında

Son tarix

avqust 26, 2024

Paylaşılıb

iyul 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə