Aztelekom MMC
Ana səhifə
/
/
/
SƏTƏM üzrə sektor müdiri (Gəncə)

SƏTƏM üzrə sektor müdiri (Gəncə)

16-09-2024

1K

Bağlanılıb

Təsvir

  • SƏTƏM sektorunu idarə edir və ümumi rəhbərliyi həyata keçirir, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparır;
  • Müəssisədə qəzaların, peşə xəstəliklərinin və xəsarətalmaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasını təmin edir;
  • Əməyin mühafizəsi ilə əlaqadar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • Filial işçiləri tərəfindən Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə tələblərinə riayət edilməsinə nəzarət edir;
  • ·Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasında, profilaktik tədbirlərin həyata keçirməsində şöbələr üzrə SƏTƏM mühəndislərinə metodiki köməklik göstərir və lazım gəldikdə metodiki və metodoloji tövsiyələrini verir;
  • Bina, qurğu və avadanlıqların, mexanizmlərin, rabitə dirəklərinin, kabel kanailzasiya qurğularının və digər aparatların texniki vəziyyətinin əməyin təhlükəsizliyi normalarına, qaydalara uyğunluğuna və həmçinin ventilyasiya sistemlərinin, sanitar-məişət otaqlarının vəziyyətinə qulluq olunmasına düzgün nəzarətin aparılmasını yoxlayır;
  • SƏTƏM üzrə aylıq, rüblük, yarımillik və illik statistik hesabatları tərtib edərək, baş idarənin SƏTƏM şöbəsinə vaxtında təqdim edir;
  • Regional filial üzrə yekun illik SƏTƏM planını tərtib edir və baş idarənin SƏTƏM şöbəsinə təqdim edir;
  • SƏTƏM üzrə şöbələrdə aparılan qeydiyyatların (sənədləşmənin) düzgün və vaxtında aparılmasına nəzarət edir;
  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların və sahə standartlarının işlənilməsində iştirak edir;


Tələblər

  • SƏTƏM sektoru müdiri vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
  • Ali texniki təhsilə malik olmalidır;
  • SƏTƏM üzrə ən az üç il təcrubəsi olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilməsi arzu olunandır;
  • SƏTƏM və yanğın təhlükəsizliyi üzrə qaydaları və normativləri mükəmməl bilməlidir;
  • Kompüter bilikləri üzrə : MS Office, Outlook, Power Point və ya onu əvəzləyən programları mükəmməl bilməlidir;
  • İşgüzar yazışma qaydalarını bilməlidir;
  • Öz sahasi üzrə təlim-tədris materiallarını və testləri hazırlama bacarığına malik olmalıdır;
  • Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.


Aşağıdakılara dair mükəmməl biliklərə sahib olmalıdır:

 

  • SƏTƏM və Yanğından Mühafizə üzrə qanunları, qaydaları, normaları və standartlarını, o cümlədən beynəlxalq standartları;
  • Cəmiyyətin Nizamnaməsini və Filialın Əsasnaməsini, əmr və sərəncamlarını;
  • Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat haqqında qanunvericiliyinin əsaslarını və Telekommunikasiya müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
  • Cəmiyyətin taktiki və strateji təyinatlı sənədlərini;
  • SƏTƏM fəaliyyətinə aid olan bütün Prosedurları, Prosesləri, Qaydaları və Təlimatları;
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları;


Vakansiya haqqında

Son tarix

noyabr 8, 2024

Paylaşılıb

sentyabr 16, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik