Təhkim olunmuş ərazilərdə rabitə xətlərinə nəzarət edir və Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 227 nömrəli qərarı ilə təsdiq olunmuş "Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları"na uyğun olaraq onların mühafizəsini təmin edir.
Rabitə xətləri ilə bağlı lazımi məlumatları vaxtında aidiyyəti qrup rəisinə, dispetçerə və rəhbərliyə çatdırır.
Bələdiyyələr, RİHB-nin kənd (qəsəbə) inzibati ərazi dairələri üzrə nümayəndələri və digər təşkilatlarla, ev və obyekt sahibləri, o cümlədən qazma texnikası ilə çalışan mexanizatorlarla rabitə xətlərinin mühafizəsi məqsədilə izahat-maarifləndirmə işləri aparır.
Gündəlik xəttə baxış zamanı rabitə xətlərinin üzərindəki əyri beton nişan dirəklərini düzəldir, yararsız hala düşmüş dirəkləri yeniləri ilə əvəz edir, kabel keçidlərini yanğın təhlükəsindən qorumaq məqsədilə alışmaya meyilli təbii materiallardan təmizləyir.
Mühafizə zonasında hər hansı qazıntı, tikinti və ya geoloji kəşfiyyat işləri aparıldığını aşkar etdikdə bu işləri dərhal dayandırır və məsələ barədə qrup rəisinə, dispetçerə və rəhbərliyə dolğun və düzgün məlumat verir.
Xəttə baxış zamanı özü ilə aşağıdakı avadanlıqları daşımalıdır: "Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları" haqqında təlimat, ölçü üçün metrə, nişan dirəklərinin ətrafını təmizləmək üçün bel, boyalar, xəbərdaredici lent və s.
Telefon kanalizasiya quyularına vizual baxış keçirir, xırda nasazlıqları aradan qaldırır və təhlükəli hallarla bağlı rəhbərliyi məlumatlandırır.
Əraziyə baxışdan sonra XİŞ-in operativ mütəxəssisi ilə xidməti rabitə vasitəsilə əlaqə saxlayaraq gün ərzində gördüyü işlər barədə məlumat verir.
Tələblər
Orta təhsil
Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq olunmuş "Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları"nı.
Mühafizə izahat sənədlərinin tərtib olunması qaydalarını.
Kabel xətlərinin digər kommunikasiya xətləri ilə kəsişmə üzrə texniki normalarını.
Xidməti və mobil rabitə vasitələrindən istifadə qaydalarını.
Zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri həyata keçirmə üsullarını.