Onlayn satış platformaları, rezervasiya prosesləri, supplier kommunikasiyası və müştəri yönümlü əməliyyat işləri ilə maraqlanırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Bu vəzifə şirkətin B2B və B2C onlayn platformaları üzrə rezervasiyaların izlənilməsi, problemli sifarişlərin bərpası, supplierlərlə koordinasiya, ödəniş proseslərinə nəzarət və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri
- Şirkətin onlayn platformaları üzrə rezervasiyaların gündəlik monitorinqini aparmaq, statusları izləmək və "Not Booked", "Booking Error", "Mapping Error" kimi əməliyyat xətalarının səbəblərini araşdırmaq
- Uğursuz və ya problemli rezervasiyaları mümkün olduğu hallarda eyni qiymət və şərtlərlə bərpa etmək
- Supplier / provider sistemlərində rezervasiya statuslarını yoxlamaq, problemli hallarda əlaqə yaratmaq, müvafiq case açmaq və məsələ tam həll olunana qədər prosesi izləmək
- Rezervasiya, ödəniş, ləğv, transfer, hotel təsdiqi və ekskursiya biletləri ilə bağlı müştəri və agent sorğularını cavablandırmaq
- Ödəniş gözləyən rezervasiyaları gündəlik nəzarətdə saxlamaq və müştəriləri payment deadline barədə vaxtında məlumatlandırmaq
- Free Cancellation şərtli rezervasiyaları izləmək və cərimə yaranmadan öncə lazımi ləğv və ya düzəliş proseslərini təmin etmək
- Hotel rezervasiyaları üzrə HCN (Hotel Confirmation Number), transfer detalları (görüş nöqtəsi, əlaqə nömrəsi) və ekskursiya QR biletlərini supplierlərdən vaxtında əldə edərək aidiyyəti üzrə müştərilərlə paylaşmaq
- Yeni supplier və tərəfdaşlarla əməkdaşlıq proseslərinə, məhsul çeşidinin genişləndirilməsinə və satış kanallarının inkişafına dəstək vermək
- Rezervasiyaların satışa çevrilməsi, müştəri məmnuniyyəti və əməliyyat risklərinin azaldılması istiqamətində şöbə hədəflərinə uyğun işləmək