Baku Holiday Travel

SEO üzrə Mütəxəssis

Bu gün

4

Təsvir

Əgər SEO sahəsində təcrübəniz, axtarış sistemlərinin iş prinsipləri üzrə bilikləriniz və vebsaytların orqanik görünürlüğünü artırmaq bacarığınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

 

Vəzifə öhdəlikləri

  • Şirkətin SEO strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş fəaliyyət planının icrasını təmin etmək
  • Vebsayt və landing page-lərin SEO auditini aparmaq, inkişaf və optimizasiya imkanlarını müəyyənləşdirmək
  • On-page, off-page və technical SEO fəaliyyətlərini həyata keçirmək, saytın axtarış sistemləri üçün optimallaşdırılmasını təmin etmək
  • Açar söz araşdırmaları aparmaq, semantik analizlər həyata keçirmək və nəticələri məzmun strategiyasına inteqrasiya etmək
  • Meta məlumatların, URL strukturunun, daxili linkləmənin və digər SEO elementlərinin optimallaşdırılmasını təmin etmək
  • Backlink strategiyasını formalaşdırmaq, link profilini mütəmadi analiz etmək və inkişaf etdirmək
  • Saytın indekslənməsi, performansı, istifadəçi təcrübəsi və yüklənmə sürətinə təsir edən texniki problemləri müəyyən etmək və həll prosesini koordinasiya etmək
  • SEO tələblərinin tətbiqi məqsədilə developer, dizayn və kontent komandaları ilə sıx əməkdaşlıq etmək
  • Rəqib analizləri aparmaq, bazardakı SEO imkanlarını müəyyənləşdirmək və rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin artırılmasına dəstək olmaq
  • Google Analytics, Google Search Console, Semrush və digər analitik alətlər vasitəsilə SEO göstəricilərini izləmək, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
  • SEO sahəsindəki yenilikləri, alqoritm dəyişikliklərini və bazar trendlərini izləyərək fəaliyyətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək

Tələblər

  • SEO, veb sayt idarəetməsi və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • On-Page, Off-Page və Technical SEO üzrə bilik və praktiki təcrübə
  • Google Search Console, GA4, Google Tag Manager və digər SEO alətləri ilə işləmə bacarığı
  • Ahrefs, Semrush və ya oxşar platformalarla işləmə təcrübəsi
  • Açar söz araşdırması, SEO strategiyasının hazırlanması və icrası üzrə təcrübə
  • Veb saytın texniki auditinin aparılması, indekslənmə və performans problemlərinin həlli bacarığı
  • Core Web Vitals, Page Speed və mobil optimizasiya prinsipləri üzrə biliklər
  • Kontent optimizasiyası, daxili linkləmə və backlink strategiyaları üzrə təcrübə
  • WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı
  • Analitik düşüncə, hesabatvermə bacarığı və nəticəyönümlü yanaşma
  • Turizm və ya e-commerce sahəsində iş təcrübəsi üstünlükdür
  • Multilingual / International SEO təcrübəsi üstünlükdür
  • HTML, CSS və JavaScript üzrə baza biliklər üstünlükdür

Vakansiya haqqında

Son tarix

July 11, 2026

Paylaşılıb

iyun 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq