Baku Holiday Travel

SMM üzrə Mütəxəssis

14-09-2026

180

Təsvir

Əgər səyahət hekayələrini ekranda canlandırmaq, trendi tutmaq və hər postun arxasında nəticə görmək sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.


Vəzifə öhdəlikləri:

  • Instagram, TikTok, Facebook, LinkedIn və digər platformaların idarə edilməsi
  • Kreativ və satış yönümlü kontent ideyalarının hazırlanması
  • Həftəlik və aylıq kontent planının hazırlanması
  • Reels, Stories və postların hazırlanması və paylaşılması
  • Trend və viral kontentlərin izlənilməsi və tətbiqi
  • Foto/video çəkilişlərinin təşkili və kontent istehsalına nəzarət
  • Rəqiblərin və bazarın analiz edilməsi
  • Sosial media nəticələrinin izlənilməsi və hesabatların hazırlanması
  • Marketinq və satış komandası ilə koordinasiyalı işləmək

Tələblər

  • Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
  • SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis yazı və danışıq
  • Rus və ingilis dili biliyi üstünlükdür
  • Kreativ düşüncə və güclü vizual zövq
  • Instagram və TikTok trendlərinə hakimlik
  • Canva, CapCut və oxşar proqramlarla işləmək bacarığı
  • Güclü kommunikasiya bacarığı
  • Komandada işləmək və operativ qərarvermə bacarığı


Biz nə təklif edirik?

  • Dinamik və peşəkar iş mühiti
  • Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
  • Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti

Vakansiya haqqında

Son tarix

October 14, 2026

Paylaşılıb

sentyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr