Call-center və ya telesatış sahəsində təcrübəniz varsa, gün ərzində çoxlu zəngi rahat idarə edə bilirsinizsə və müştəri müraciətini satışa çevirməyi bacarırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Daxil olan zəngləri və onlayn müraciətləri (WhatsApp, sosial media, veb-sayt) qəbul etmək, müştərinin ehtiyacını müəyyənləşdirmək
- Marketinq kampaniyalarından, veb-sayt formalarından və digər mənbələrdən gələn lidlərə müəyyən olunmuş müddətdə geri zəng etmək
- Müştəriyə uyğun səyahət təklifi hazırlamaq: tur paketləri, aviabilet, otel, transfer, sığorta, viza dəstəyi
- Qiymət, mövcudluq, ödəniş, ləğv və dəyişiklik şərtlərini yalnız təsdiqlənmiş məlumat əsasında müştəriyə aydın izah etmək
- Sığorta, transfer, ekskursiya kimi əlavə xidmətləri təklif etmək (cross-sell / up-sell)
- Fərdi satış planını icra etmək
- Bütün zəngləri, müraciətləri və satış mərhələlərini CRM sistemində tam və vaxtında qeyd etmək
- Bron və ödəniş məlumatlarını müvafiq əməliyyat bölməsinə düzgün ötürmək, təsdiq alındıqdan sonra müştərini məlumatlandırmaq
- Satışla bitməyən müraciətlər üzrə müştəri ilə təkrar əlaqə saxlamaq (follow-up), əvvəlki müştərilərə yeni təkliflər etmək
- Zəng skriptlərinə və xidmət standartlarına əməl etmək, keyfiyyət yoxlamalarında iştirak etmək