Əgər turizm sahəsində satış təcrübəniz, güclü ünsiyyət bacarıqlarınız və müştərilərlə peşəkar işləmək qabiliyyətiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Müştərilərin sorğularını operativ şəkildə cavablandırmaq və uyğun tur paketləri təklif etmək
- Otel, aviabilet, transfer, sığorta və digər turizm xidmətlərinin rezervasiyasını həyata keçirmək
- Fərdi və qrup turlarının hazırlanması və satışını təşkil etmək
- Müştərilərə viza prosedurları, səyahət qaydaları və tur proqramları barədə ətraflı məlumat vermək
- Bilet, otel rezervasiyası, sığorta və viza sənədlərini təşkil etmək
- Müqavilə və ödəniş sənədlərini hazırlamaq
- Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
- Satış hədəflərinin icrasında aktiv iştirak etmək
- Sosial media və digər satış kanalları vasitəsilə müştəri cəlb edilməsinə dəstək olmaq
- Tur zamanı yaranan problemləri həll etmək
- Müştərinin təhlükəsiz və rahat səyahətini təmin etmək
- Günlük satış və görülən işlər üzrə hesabatları hazırlamaq və 1C proqramına daxil etmək
- Həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək