Əgər viza prosedurları üzrə bilikləriniz, sənədlərlə dəqiq işləmə bacarığınız və müştəri ilə birbaşa ünsiyyət təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Viza xidmətləri üzrə daxil olan müştəri sorğularını qəbul etmək, ehtiyacı dəqiqləşdirmək və müvafiq xidmət təklifini təqdim etmək
- Ölkə və viza kateqoriyası üzrə tələb olunan sənəd siyahısını müştəriyə izah etmək, təqdim olunan sənədləri səfirlik və viza mərkəzi tələblərinə uyğunluq baxımından yoxlamaq
- Çatışmayan və ya uyğunsuz sənədləri müəyyən etmək, müştəriyə vaxtında bildirmək və tamamlanma prosesini izləmək
- Müraciət anketlərini doldurmaq, randevu təyin etmək və müraciət paketini təqdimetməyə hazırlamaq
- Müraciətin statusunu izləmək, nəticə barədə müştərini məlumatlandırmaq və pasportun təhvil verilməsini təşkil etmək
- Bütün müraciət və müştəri məlumatlarını CRM sistemində tam və dəqiq qeydiyyata almaq, fayl statuslarını gündəlik yeniləmək
- Xidmət haqqı və konsulluq rüsumları barədə müştərini məlumatlandırmaq, ödəniş sənədlərinin Maliyyə şöbəsinə vaxtında ötürülməsini təmin etmək
- Sığorta, aviabilet və otel rezervasiyası kimi əlaqəli xidmətlər üzrə əlavə satış imkanlarını dəyərləndirmək
- Rədd hallarının səbəblərini təhlil etmək və təkrar müraciət prosesində müştəriyə dəstək göstərmək
- Səfirliklərin və viza mərkəzlərinin tələblərindəki dəyişiklikləri mütəmadi izləmək və komandaya ötürmək
- Xarici Turlar, VIP Satış, Korporativ Satış və Müştəri Xidmətləri şöbələri ilə koordinasiyalı işləmək
- Həftəlik və aylıq hesabatları (müraciət həcmi, təsdiq faizi, gecikən fayllar, şikayətlər) birbaşa rəhbərə təqdim etmək