Müəssisənin büdcə planlaşdırılmasını həyata keçirtmək, büdcənin icrasına nəzarət etmək, maliyyə analizi aparmaq və nəticələr əsasında rəhbərliyə analitik hesabatlar təqdim etmək.
- Müəssisənin illik büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi;
- Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlili;
- Büdcənin icrasina mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların hazırlanmasına fəal iştirak;
- Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi;