Baku Steel Company
Ana səhifə
/
/
/
Avtomatika və NÖC üzrə elektrik çilingər (Sumqayıt Ofisi)

Avtomatika və NÖC üzrə elektrik çilingər (Sumqayıt Ofisi)

Bu gün

179

Təsvir

  • Bütün elektrik aparat və nəzarət ölçü cihazlarını təmir etmək.
  • Nəzarət ölçü cihazlarının quraşdırılması, dövrəyə qoşulma sxemlərinin hazırlanması, onların normativə uyğun istismar edilməsində bilavasitə rəhbərinin göstərişlərini yerinə yetirmək.
  • Zavodun avadanlıq və qurğularının avtomatlaşdırılması sxeminin tərtib edilməsində və onun həyata keçirilməsində iştirak etmək.
  • İstifadə etdiyi alət və digər əmək vasitələrini normativə uyğun saxlamaq, mühafizə vasitələrindən istifadə etmək qaydalarına əməl etmək.
  • Fəaliyyətdə olan aparat və nəzarət ölçü cihazlarında vaxtaşırı normativə uyğun profilaktiki tədbirlər görmək.
  • Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün tədbirlər hazırlamaq.
  • Komanda aparatları, icra mexanizmlərinin yoxlanması, təmiri və təmizlənməsini həyata keçirmək.
  • Mürəkkəb nəzarət ölçü alət və cihazlarının quruluşunu, təyinatını və tətbiq şərtlərini bilmək.
  • Texnoloji qurğularda istifadə olunan intiqalların quraşdırılmasını, istismar qaydalarını, təmirini və işə salınmasını bilmək.
  • Sənaye kompüterlərində əks olunan informasiyanı oxumağı bacarmaq, texnoloji prosesləri bilmək, baş verən nasazlıqları kompüter vasitəsilə diaqnoz edib araşdırmaq.
  • Nəzarət ölçü cihazlarının (NÖC) detallarının hazırlanmaq və təmir etmək.
  • Gördüyü işlər barəsində bilavasitə rəhbərinə məlumat vermək.
  • Xidmət etdiyi elektrik sahəsində aparat və cihazların təmiri, yenisinin qurulması, avtomatlaşdırılması, sazlanması və işə salınması xidmətini həyata keçimək.
  • Cəmiyyətin kranlarının avadanlıqlarının avtomatika və intiqallarının təmiri tənzimlənməsi və işə salınması xidmətini həyata keçirmək.



Tələblər

·      Ali təhsil , Orta texniki təhsil, Orta ixtisas təhsili

·      İstehsal sahəsində iş təcrübəsi üstünlükdür;

·      İxtisasa uyğun verilmiş sertifikatlar

Vakansiya haqqında

Son tarix

November 29, 2025

Paylaşılıb

oktyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı