Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
Tam ştat
21-08-2024
1.4K
Bağlanılıb
Təsvir
İş yerinin dəmir qutularınin boş olmasını, çalaların təmiz olmasını yoxlamalı,lazım olduqda növbədə işləyəndən çatışmamazlıqların aradan qaldırılmasını tələb edir;
Yayılmış borunun çeşidlərinə, metalın markasına və texnoloji xassələrinə müvafiq, valların seçilməsi və quraşdırılaraq stanın sazlanmasını icra etmək;
Boru pəstahlarının hazırlanmasında, çeşidini, metalın markalarını və ərintilərin təyinatı üzrə dəstələnməsində köməklik göstərmək
Yivaçılmış, mufta nipel, üzük bağlanmış və preslənmiş boruları çeşidləyib boya ilə markirovka olunmuş səthlərə zərbə üsulu ilə damğa (kleymo) vurmaq;
Gün ərzində yığılmış tullantıların Sexdən çıxardılmasını təşkil etmək;
Birkaları paketlərə asmalı,metalın simasızlaşdırılmasına və birkaların dəyişik salınmasına yol verməməli və ərintilərin düzgün ayrılmasını təmin etməlidir
Növbə ustasının icazəsi olmadan iş yerini tərk etməməli,daxili intizam qaydalarına əməl etməlidir;
Texniki təhlükəsizlik təlimatlarına,yanğın təhlükəsizliyi qaydalarına və birka sistemi haqqında əsasnamələrə ciddi əməl etməlidir; əsaslı təmir və plan üzrə profilaktik təmirlərdə, dayanmalarda soyuq metal kəsicisi hamilikdə olan avandanlığı və ərazini yığışdırmalı,avandanlıqda profilaktik işləri yerinə yetirməli və ya növbə ustasının göstərişlərinə əsasən işləməlidir;
İstehsalat prosessində dəstək olaraq rəhbərli tərəfindən verildiyi digər tapşırıqları vaxtında yerinə yetirmək;