Baku Steel Company
Ana səhifə
/
/
/
Gömrük əməliyyatları üzrə kiçik mütəxəssis/ mütəxəssis

Gömrük əməliyyatları üzrə kiçik mütəxəssis/ mütəxəssis

Dünən

31

Təsvir

  • İdxal və ixrac yüklərinə aid sənədləri gömrük rəsmiləşdirilməsindən əvvəl yoxlamaq;
  • İnvoys, “packing list”, CMR, konosament və digər müşayiətedici sənədlər arasındakı məlumatların uyğunluğunu təmin etmək;
  • Qısa idxal və elektron gömrük bəyannamələrinin hazırlanmasını və təqdim edilməsini təşkil etmək;
  • Gömrük dəyərinin, gömrük ödənişlərinin və vergilərin hesablanmasında iştirak etmək;
  • Elektron gömrük xidmətləri vasitəsilə rəsmiləşdirmə əməliyyatlarını həyata keçirmək;
  • Gömrük orqanlarının sorğu və tələblərinin vaxtında icrasını təmin etmək;
  • Gömrük rəsmiləşdirilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək;
  • Yüklərin sərhəd-keçid məntəqəsindən keçidini və rəsmiləşdirilmə prosesini izləmək;
  • Sürücülər, daşıyıcılar, gömrük nümayəndələri və aidiyyəti struktur bölmələrlə operativ əlaqə saxlamaq;


Tələblər

  • Ali təhsil: Gömrük işi, logistika, nəqliyyat, iqtisadiyyat, beynəlxalq ticarət və ya əlaqəli ixtisas üzrə təhsil üstünlükdür;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Gömrük prosedurları və idxal-ixrac əməliyyatları üzrə biliklər;
  • Elektron gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;
  • İnvoys, “packing list”, CMR, konosament və digər yük sənədləri ilə işləmək bacarığı;
  • Gömrük ödənişlərinin, vergilərin və gömrük dəyərinin hesablanması barədə biliklər;
  • Microsoft Excel, 1C və elektron gömrük xidmətlərindən istifadə bacarığı;
  • Azərbaycan dilini səlis, rus dilini orta və ya yaxşı səviyyədə bilmək;
  • İngilis dilini orta səviyyədə bilmək üstünlükdür;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativ kommunikasiya bacarığı;
  • Gömrük işi və idxal-ixrac əməliyyatları üzrə sertifikatların olması üstünlükdür;
  • İş prosesində gömrük məntəqələrinə və terminallara operativ səfərlər tələb olunduğundan şəxsi avtomobilinin olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 24, 2026

Paylaşılıb

sentyabr 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;