Müəssisə və törəmə müəssisələrin maliyyə və mühasibatlıq əməliyyatlarının təhlilində iştirak etmək, maliyyə hesabatlarının hazırlanması və IFRS standartlarına uyğunluğunun təmin edilməsinə dəstək göstərmək;
Öhdəliklər və məsuliyyətlər
Aylıq, rüblük və illik daxili maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
Maliyyə hesabatlarının IFRS standartlarına uyğun tərtibində iştirak;
İstehsal məlumatlarının yoxlanılması və uçot qeydlərində düzgün əks olunmasına nəzarət;
İstehsal maya dəyərinin, məhsul üzrə rentabelliyin və xərc strukturunun təhlili;
Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması prosesində iştirak;
Xarici audit prosesində iştirak və auditor sorğularının cavablandırılması;
Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə analitik dəstəyin göstərilməsi;
Tələblər
Təhsil
Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə
Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
İstehsal sektorunda təcrübə üstünlükdür;
Texniki biliklər
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
IFRS bilikləri;
Yüksək səviyyədə Excel bacarığı;
SAP (FI, CO modulları) üzrə biliklərə üstünlük verilir;
Power BI ilə işləmə bacarığı;
Sertifikatlar
ACCA, CPA və ya ekvivalent beynəlxalq sertifikatlar arzuolunandır;