Baku Steel Company
Ana səhifə
/
/
/
İnsan resursları əməliyyatları üzrə mütəxəssis

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

Dünən

631

Təsvir

·      Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;

·        Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni aparılması;

·          İşçilərin davamiyyətinin dəqiq və vaxtında aparılması, nəzarətdə saxlanılması;

·          İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması və düzgünlüyünün yoxlanılması;

·          Ezamiyyət, məzuniyyət əməliyyatlarını əmək qanunvericiliyinə uyğun şəkildə icrası;

·          Xəstəlik vərəqələrinin düzgünlüyünün yoxlanılması, qeydiyyatının aparılması və sənədləşdirilməsi;

·          İşçilərlə bağlı əmrlər, müqavilələr, razılaşmalar və digər sənədlərin hazırlanması, təsdiq prosesinin izlənməsi;

·          İntizam xətaları ilə bağlı daxil olan müraciətlərin araşdırılması və müvafiq qaydada sənədləşdirilməsi;

·          İşçilərə dair məlumatların dəqiq və aktual vəziyyətdə saxlanılması;

·          Tələb olunan arayışların və daxili hesabatların vaxtında və düzgün hazırlanması;


Tələblər

·          Ali təhsil (İnsan Resursları, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli sahələr);

·          Sahə üzrə minimum 1 il iş təcrübəsi;

·          MS Office proqramları (xüsusilə Word, Excel və Outlook) ilə yaxşı səviyyədə işləmək bacarığı;

·          1C 8.3, ƏMAS, İSB sistemləri ilə iş təcrübəsi;

·          Yaxşı səviyyədə ünsiyyət qurmaq, problemləri həll etmək və komanda ilə işləmək bacarığı;

·          İşdə dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;

·          Eyni anda bir neçə tapşırığı idarəetmə və vaxtında icraetmə bacarığı;

·          Rəhbərlik və digər şöbələrlə səmərəli əməkdaşlıq qurmaq bacarığı.


Vakansiya haqqında

Son tarix

November 30, 2025

Paylaşılıb

oktyabr 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə