Baku Steel Company
Ana səhifə
/
/
/
İnsan Resursları əməliyyatları üzrə şöbə müdiri

İnsan Resursları əməliyyatları üzrə şöbə müdiri

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

Bu gün

1

Təsvir

  • Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə edilməsinə nəzarət etmək, habelə əmək müqavilələrinin tərtib olunaraq imzalanmasını təqib etmək;
  • İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlanmasına nəzarət, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
  • Heyətin sənədləşmə prosesi ilə bağlı məsələləri koordinasiya etmək;
  • İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
  • İşçinin işə götürülməsi, attestasiyadan keçirilməsi, vəzifəsinin dəyişdirilməsi və işdən çıxması ilə əlaqədar lazımi işləri həyata keçirmək və sənədləşmə işlərini görmək;
  • İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;
  • Şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
  • Departamentin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı daxili siyasət və qaydaların yazılmasında iştirak etmək;
  • Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarət etmək;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə nəzarət etmək;
  • Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması .

Tələblər

  • Ali təhsil (Menecment, İqtisadiyyat, Sosial Elmlər, İnsan Resurslarının İdarə Edilməsi və s.);
  • İnsan Resursları sahəsində minimum 5 il, müvafiq vəzifə üzrə 3 il iş təcrübəsi; İstehsalat və tikinti müəssisələrində təcrübə üstünlükdür.
  • Əmək Qanunvericiliyi üzrə yetərli biliklər; 
  • Azərbaycan, rus və ingilis dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək); 
  • MS Office, 1C proqramlarında işləmək bacarığı; 
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı; 
  • Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları.


Vakansiya haqqında

Son tarix

dekabr 21, 2024

Paylaşılıb

noyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə