Təsvir
- Müqavilə, saziş, əmr, sərəncam və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək və qanunvericiliyə uyğunluğunu ilkin qaydada yoxlamaq;
- Müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq, hüquqi riskləri təhlil etmək və müvafiq düzəlişlər təklif etmək;
- Müqavilələrə dəyişiklik, əlavə, uzadılma və xitamla bağlı hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
- Korporativ, kommersiya və mülki hüquq məsələləri üzrə hüquqi araşdırmalar aparmaq, qanunvericiliyi və məhkəmə təcrübəsini təhlil etmək;
- Struktur bölmələrdən daxil olan hüquqi sorğuları araşdırmaq, hüquqi rəy, arayış və izahatların hazırlanmasında iştirak etmək;
- İddia ərizələri, etirazlar, tələb məktubları və digər prosessual sənədlərin hazırlanmasına dəstək göstərmək;
- Müəssisədaxili normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Müqavilələrin və digər hüquqi sənədlərin uçotu, saxlanılması və arxivləşdirilməsini təmin etmək.
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 1 il iş təcrübəsi (təcrübə proqramları və hüquqşünas köməkçisi təcrübəsi nəzərə alınır);
- Korporativ, müqavilə, kommersiya və mülki hüquq sahələri üzrə biliklər;
- Azərbaycan Respublikasının mülki qanunvericiliyi, müqavilə öhdəlikləri və əqdlərlə bağlı hüquqi normalar üzrə biliklər;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması üzrə ilkin praktiki bacarıqlar;
- İddia-tələb işi və məhkəmə prosesləri üzrə baza biliklər;
- Hüquqi araşdırma, normativ hüquqi aktların təhlili və hüquqi rəy hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, ingilis və ya rus dili biliyi;
- MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
- Analitik düşünmə, detallara diqqət, rəsmi-işgüzar yazışma və sənədlərlə işləmək bacarığı;
- Korporativ etik davranış və konfidensiallıq prinsiplərinə riayət etmək.
Vakansiya haqqında
Paylaşılıb
sentyabr 30, 2026
Kateqoriya
Hüquqİmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;