Baku Steel Company
Ana səhifə
/
/
/
Marketinq üzrə aparıcı mütəxəssis

Marketinq üzrə aparıcı mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

Dünən

78

Təsvir

·        Şirkətin ümumi strategiyası ilə uyğun olaraq uzunmüddətli və qısa müddətli marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək.

·        Şirkətin hədəf bazarını, müştəri seqmentlərini və bazar ehtiyaclarını təhlil etmək, uyğun marketinq yanaşmalarını inkişaf etdirmək.

·        Rəqiblərin fəaliyyətlərini və bazar tendensiyalarını izləyərək şirkətə ən uyğun marketinq strategiyalarını təklif etmək.

·        Şirkətin ictimai əlaqələrini qurmaq, mətbuat konfransları və tədbirlər təşkil etmək.

·        Media ilə əlaqələr yaratmaq və şirkətin imicini müsbət yöndə idarə etmək.

·        Şirkətin media nümayəndələri ilə əlaqələrini idarə etmək və məqsədyönlü PR kampaniyalarını həyata keçirmək.

·        Sosial media, SEO, SEM, Google Ads, e-mail marketing və digər rəqəmsal kanallarda marketinq kampaniyalarını hazırlamaq, tətbiq etmək və izləmək.

·        Rəqəmsal marketinq platformalarında şirkətin baxış saylarını artırmaq və onlayn müştəri əlaqələrini gücləndirmək.

·        Google Analytics və digər analitik alətlərdən istifadə edərək kampaniyaların effektivliyini ölçmək, nəticələri təhlil etmək və optimallaşdırmalar etmək.

·        Şirkətin məhsullarını və xidmətlərini tanıdan tədbirləri təşkil etmək, sərgilər və bazar tədbirlərində iştirak etmək.

·        Hədəf auditoriya üçün fərqli marketinq kampaniyaları və promosyonlar təşkil edərək şirkət məhsullarının tanıtımını etmək.

·        Offline və online marketinq tədbirlərinin uyğunlaşmasını və effektliyini təmin etmək.

·        Əlaqəli struktur bölmələr ilə koordinasiyalı şəkildə işləmək və layihələrin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək.

·        Marketinq dünyasında meydana çıxan yeni tendensiyaları və texnologiyaları izləmək, şirkətə uyğun olanları tətbiq etmək.

·        Şirkətin marketinq strategiyalarını yenilikçi yanaşmalarla təkmilləşdirmək və rəqəmsal texnologiyalardan istifadə edərək daha geniş auditoriyaya çatmaq.

 

Tələblər

·        İqtisadiyyat, İdarəetmə, Marketinq və ya müvafiq sahələr üzrə ali təhsil.

·        Marketinq sahəsində minimum 3 il iş təcrübəsi.

·        Yüksək təşkilatçılıq qabiliyyəti və vaxtın düzgün idarə edilməsi bacarığı.

·        Yaxşı kommunikasiya bacarıqları və komanda ilə koordinasiyalı şəkildə işləmə bacarığı.

·        Xarici dil: rus dili və ya ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dillərinin biri və ya hər ikisi üstünlükdür).

·        Microsoft Office proqramlarını (Excel, Word, PowerPoint) yaxşı səviyyədə istifadə etmə bacarığı.

·        Təqdimat və hesabat hazırlamaq bacarığı.

·        Yaradıcı düşüncə və innovativ həllər təklif etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

dekabr 18, 2024

Paylaşılıb

noyabr 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr